ELM VƏ TƏHSİL


“Ali riyaziyyat” (məsələlər və misallar)” kitabı Moskvada çapdan çıxıb

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun elmi–texniki informasiya şöbəsinin müdiri, professor Ramiz Aslanov, institutun qeyri-harmonik analiz şöbəsinin aparıcı elmi işçisi, dosent Toğrul Muradov, Aleksandr Nijnikov, Anna Muxanova və Sergey Muxanovun həmmüəllifliyi ilə “Ali riyaziyyat” (məsələlər və misallar)” beşcildliyinin birinci cildi Moskvada çapdan çıxıb.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, “Prondo” nəşriyyatında çap olunan kitabın rəyçiləri Rusiya Federasiyasının əməkdar elm xadimi, professor A.Mordkoviç və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru M.Şamolindir.

Nəşrə xətti cəbr və analitik həndəsə, limit və törəmə, birdəyişənli funksiyanın inteqral hesabı və çoxdəyişənli funksiya bölmələri daxildir.

Vəsait “Ali peşə təhsili federal dövlət təhsil standartları” proqramına əsasən ali məktəb tələbələri üçün dərs vəsaiti kimi tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.