CƏMİYYƏT


Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı avqustun 25-də başa çatacaq

A+ A

Bakı, 24 avqust, AZƏRTAC

2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatına ayrılan müddət avqustun 25-də saat 17:00-da başa çatacaq.

AZƏRTAC xəbər verir ki, abituriyentlər qəbul olunduqları təhsil müəssisələrində müvafiq sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndirilir. Bu il ali təhsil müəssisələrinə 34 min 224 nəfər qəbul olunub. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqə nəticəsində isə 553 abituriyent tələbə adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.