ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçiminin vaxtı uzadılıb VİDEO
Bakı, 5 avqust (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçiminin vaxtı avqustun 6-sı saat 9.00-dək uzadılıb.
İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.
Avqustun 5-i saat 15.30-a olan məlumata görə 35 min 815 abituriyent qəbul olunmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib və təsdiqləyib.