ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi keçirilmişdir VİDEO
Bakı, 2 mart (AZƏRTAC). Martın 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirmişdir.
AZƏRTAC xəbər verir ki, respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəranda keçirilən imtahanda iştirak etmək üçün 24 min 560 (ötən il 21 min 623) bakalavr ərizə təqdim etmişdir.
İmtahanlar saat 13-də başlanmış və 2 saat 30 dəqiqə ərzində aparılmışdır.
İmtahanda bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunmuşdur.