ELM VƏ TƏHSİL


Ali təhsilin və tədqiqatın keyfiyyətinin yüksəldilməsi ilə bağlı yeni planlar hazırlanıb

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təhsil Nazirliyi və Avropa İttifaqının (Aİ) Tvinninq layihəsi çərçivəsində “Ali təhsilin keyfiyyətinin yüksəldilməsi” mövzusunda konfrans keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə layihənin ekspertləri, pilot universitetlərin və qiymətləndirmə qruplarının nümayəndələri iştirak ediblər. Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, konfransın məqsədi ali təhsilin və tədqiqatın keyfiyyətinin yüksəldilməsi ilə bağlı hazırlanan yeni planlarla universitetləri tanış etməkdir.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Malena Mard qeyd edib ki, layihə Azərbaycanla Aİ ölkələri arasında əlaqələrin daha da inkişafına təkan verəcək.

Estoniyanın müvəqqəti işlər vəkili İnderek Kiverik icrası uğurla başa çatan layihəni təcrübə mübadiləsinin aparılması baxımından faydalı hesab edib. Verilən tövsiyələrin və əldə olunan nəticələrin ali təhsildə tətbiqi, beynəlxalq mobillik və əməkdaşlıq, universitetlər arasında əməkdaşlığın inkişaf etdirilməsi və s. məsələlər konfransda geniş müzakirə olunub.

Tədbirdə Tvinninq layihəsinin ekspertləri, pilot universitetlərin və qiymətləndirmə qruplarının nümayəndələri təqdimatla çıxış ediblər. Təhsil Nazirliyi, Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən hazırlanan qaydalar şərh edilərək, ali təhsil icması ilə fikir mübadiləsi aparılıb.

Konfrans avqustun 29-dək davam edəcək.

İkiillik dövrü əhatə edən pilot layihə UNEC, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində həyata keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.