DÜNYA
“Alibaba Group” şirkəti dünya “bulud” biznesinə 1 milyard dollar yatıracaq
Bakı, 30 iyul, AZƏRTAC
Çinin “Alibaba Group” şirkəti “bulud” texnologiyaları üzrə ixtisaslaşan “Aliyun” xidmətinə 1 milyard dollar yatırmaqla bağlı planlarını açıqlayıb. “Alibaba Group” həmçinin, ABŞ-ın “Amazon” şirkətini dünya “bulud” bazarı uğrunda mübarizəyə çağırıb.
AZƏRTAC "DailyComm” saytına istinadla xəbər verir ki, qeyd olunan investisiyalar Sinqapur, Yaponiya, Avropa və Yaxın Şərqdə yeni “Aliyun” məlumat mərkəzlərinin açılmasına yönəldiləcək. Bundan başqa, bu regionlarda telekommunikasiya operatorları və korporativ sifarişçilərlə sıx münasibətlərin qurulması da planlaşdırılır.
“Aliyun”un prezidenti Saymon Hunun sözlərinə görə, məqsədləri yaxın dörd ildə müştərilərin, texnologiyaların sayına və ya dünya biznesinin həcminə görə “Amazon” şirkətinə çatmaqdır. “Amazon”, “Microsoft” və digər şirkətlər ABŞ və Avropada “bulud” texnologiyalarını geniş tətbiq etməklə bizə bu sahədə mübarizəyə qoşulmaq üçün geniş imkanlar açır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [23:11]
Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]