DÜNYA


“Alibaba” alış-veriş üçün ödənişi biometrik məlumatlarla qəbul edəcək

Bakı, 27 may, AZƏRTAC

Çinin elektron ticarət sahəsində fəaliyyət göstərən dünyanın nəhəng “Alibaba Group Holding”i insan sifətinin tanınması texnologiyası əsasında məhsul ödəniş sisteminin sınaqlarını başa çatdırıb.

AZƏRTAC “Rambler” resursuna istinadən bildirir ki, bundan sonra mal almaq istəyən alıcı öz sifətini skan edərək mobil telefon nömrəsinin son dörd rəqəmini daxil etməlidir. Mütəxəssislər tərəfindən uğurla sınaqdan keçirilən sistemi “Alipay” ödəniş servisi yoxlamağı planlaşdırır.

Məlumata görə, fırıldaqçılığa yol verməmək üçün sistem istifadəçidən baş tərpətməyi, göz qırpmağı və ya üz-gözü turşutmağı tələb edəcək. Bunun texnologiyaya onun qarşısında fotoşəkilin deyil, canlı insanın durmasına əmin olmağa kömək edəcəyi qeyd olunur.

Texnologiyanın yaxın vaxtlarda tətbiqinə başlamaq nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.