DÜNYA


“Alibaba”nın sahibi və tərəfdaşları xeyriyyə məqsədilə 82 milyon dollar ayırıblar

Pekin, 11 iyun, AZƏRTAC

Çinin internet ticarət nəhəngi “Alibaba Group”un sahibi Cek Ma və onun biznes tərəfdaşları Çinin Cıcian vilayətindəki xəstəxanaya 560 milyon yuan (82 milyon ABŞ dollar) bağışlayıb.

Pulun 300 milyonunu Cek Ma Fondu, 210 milyonunu “Alibaba Group” və onun 17 yaradıcısı və partnyoru, 50 milyonunu isə Cek Ma və “Target Media” şirkətinin təsisçisi ayırıb. Siyahıdan göründüyü kimi, xeyriyyə məqsədi ilə ayrılan pulun əsas hissəsi birbaşa və dolayısı yolla Cek Maya məxsusdur.

Cıcian Universitetinin xəstəxanasına bağışlanılan pul əsasən təlim və tədqiqata yönəldiləcək.

“Forbes” jurnalının versiyasına görə, “Alibaba Group”un banisi və sahibi Cek Ma 40 milyard dollardan çox sərvəti ilə Çinin ən zəngin insanıdır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.