SİYASƏT


Əliəşrəf Şəbüstəri: Azərbaycan dünyaya göstərdi ki, sülh və həmrəylik içində yaşamaq mümkünündür

Tehran, 24 may, AZƏRTAC

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları təkcə Azərbaycanı yox, bütün İslam ölkələrini dünyaya tanıtdırdı. Azərbaycan dövləti dünyaya göstərdi ki, sülh şəraitində və həmrəylik içində yaşamaq mümkünündür.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın Tacikistanda, Belçikada, İsveçrədəki keçmiş səfiri, bu ölkənin BMT yanında daimi nümayəndəliyinin keçmiş rəhbəri Əliəşrəf Şəbüstəri deyib.

Ə.Şəbüstəri bildirib ki, Azərbaycan Prezidentinin multikultural dəyərlərə üstünlük verməsi, xalqların və dövlətlərin mehriban şəraitdə yaşamağa çağırış etməsi bir nümunədir. Bu gün İslam ölkələrinin həmrəyliyə daha çox ehtiyacının olduğu bir zamanda Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarını keçirməsi və həmrəyliyə əməli töhfə verməsi bu istiqamətdə atılmış çox böyük bir addımdır.

Keçmiş səfir deyib ki, bununla bütün dünya Azərbaycanı tanıdı, onun sülhpərvər siyasət apardığını bildi.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.