CƏMİYYƏT


Əlil Təşkilatları İttifaqı sosial xidmətlər sahəsində icra edilən layihələrin monitorinqini aparır

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Əlil Təşkilatları İttifaqı (ƏTİ) tərəfindən sosial xidmətlər sahəsində icra edilən layihələrin monitorinqi və qiymətləndirilməsi aparılır.

ƏTİ-dən AZƏRTAC-a bildirilib ki, layihələrin monitorinqi və qiymətləndirilməsi aparıldıqdan sonra bunun əsasında hesabat hazırlanacaq. Artıq təşkilat tərəfindən mütəxəssislərdən ibarət müstəqil monitorinq qrupu yaradılaraq onlar üçün məlumatlandırma sessiyası keçirilib. Bununla yanaşı, monitorinqin mexanizmi və metodologiyası hazırlanıb.

Fəaliyyət planına əsasən, layihələr və onların icrası ilə bağlı məlumatlar toplanılır, müşahidələr aparılır. Bu məqsədlə monitorinq qrupu layihələrin həyata keçirildiyi bölgələrə səfər ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.