CƏMİYYƏT


Əlil Təşkilatları İttifaqı sosial xidmətlərin monitorinqi və qiymətləndirilməsini həyata keçirəcək

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə 2017-ci ildə “Sosial xidmətlər sahəsində icra edilən layihələrin monitorinqi və qiymətləndirilməsi” adlı müsabiqənin qalibi olub.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsəd və vəzifələri nazirliyin sifarişi ilə icra edilən layihələrin monitorinqinin və qiymətləndirilmənin aparılması, bunun əsasında hesabatın hazırlanmasıdır.

Təşkilat tərəfindən mütəxəssislərdən ibarət müstəqil monitorinq qrupu yaradılmış, onlar üçün məlumatlandırma sessiyası keçirilib, monitorinqin mexanizmi, metodologiyası hazırlanıb. Hazırlanmış mexanizm çərçivəsində qeyd olunan tərəfləri cəlb etməklə layihələrin yerinə yetirilmə vəziyyəti öyrənilərək qiymətləndiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.