CƏMİYYƏT
Əlillərin Ümumrespublika yaradıcılıq-sərgi müsabiqəsi keçiriləcək
Bakı, 7 oktyabr, AZƏRTAC
Bu ilin noyabr ayında “2015-ci il üçün əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, əlillərin IX Ümumrespublika yaradıcılıq-sərgi müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən məlumat verilib.
Belə ki, yaradıcılıq-sərgi müsabiqəsində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar tərəfindən hazırlanmış rəsm əsərləri, keramika, dulusçuluq, xalça və xalçaçılıq məmulatları, bədii tikmələr, toxuma və hörmələr, suvenirlər, oyuncaqlar, məişətdə istifadə olunan əşyalar və alətlər, müxtəlif modellər və maketlər, ağac, metal və daş üzərində işlər, musiqi alətləri və sair sənət nümunələrinin nümayiş etdirilməsi planlaşdırılır.
Bununla əlaqədar, IX Ümumrespublika yaradıcılıq-sərgi müsabiqəsində iştirak etmək istəyənlər əl işlərini yaşadıqları rayon üzrə yerli Sosial Müdafiə Mərkəzlərinə təqdim etmək tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]