MƏDƏNİYYƏT


Əlillərin VII ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi keçirilib

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə Əlillərin Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş VII ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi keçirilib. Baxış-müsabiqədə əlilliyi olan şəxslərin bədii yaradıcılığın müxtəlif növlərində (mahnı, muğam, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət və s.) öz istedad və qabiliyyətlərini nümayiş etdirməsinə imkan yaradılıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, noyabrın 30-da Azərbaycan Dövlət Musiqili Teatrında müsabiqə qaliblərinin qala konserti və mükafatlandırma mərasimi təşkil olunacaq.

Tədbirin keçirilməsində məqsəd əlillərin və sağlamlıq imkanları məhdud uşaqların istedad və qabiliyyətlərinin aşkara çıxarılması və onların cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.

Tədbirin ilk mərhələsi kimi respublikanın bölgələrində bədii yaradıcılıqla məşğul olan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar zona turlarına cəlb olunublar.

Zona turnirlərində seçilərək fərqlənən əlil uşaqlar baxış-müsabiqənin final mərhələsində iştirak edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.