CƏMİYYƏT


Əlilliyi olan daha 30 nəfər Şəkidəki istirahət və sağlamlıq mərkəzinə göndərildi

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan daha 30 nəfəri Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, istirahətə yola salınan əlilliyi olan şəxslər bütün sahələrdə dövlətin qayğısı ilə təmin olunmalarından, maddi təminatlarının gücləndirilməsi, sağlamlıqlarının bərpası üçün görülən işlərdən razılıq ediblər. Onlar yaz-yay mövsümündə mənalı istirahət etmələri üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Əlilliyi olan şəxslərin yola salınması zamanı ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov cari ildə nazirlik tərəfindən əlilliyi olan 1000-dən çox şəxsin istirahətinin təşkil edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Onlardan 760 nəfəri artıq Lənkəran, Xaçmaz, Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib. Həmin şəxslərin qeyd olunan rayonlardakı istirahət və sağlamlıq mərkəzlərinə aparılması və istirahət müddəti başa çatdıqdan sonra geri qaytarılması xüsusi nəqliyyat vasitəsilə yerinə yetirilir”.

V.Behbudov bu tədbirlərin nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirildiyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.