CƏMİYYƏT


Əlilliyi olan şəxslərin VII ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi keçiriləcək

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət istiqamətlərindən biri də əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə təqdim edilməsi, onların yaradıcılıq imkanlarının təbliği və dəstəklənməsidir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə ənənəvi olaraq təşkil olunan respublika səviyyəli tədbirlərin davamı kimi, cari ilin noyabr ayında əlilliyi olan şəxslərin VII ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.

Baxış-müsabiqəsində əlilliyi olan şəxslərin bədii yaradıcılığın müxtəlif növlərində (mahnı, muğam, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət və s.) öz istedad və qabiliyyətlərini nümayiş etdirməsinə imkan yaradılacaq. Tədbirin ilk mərhələsi kimi respublikanın bölgələrində bədii yaradıcılıqla məşğul olan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar zona turnirlərinə cəlb olunacaqlar. Zona turnirlərində seçilərək fərqlənən iştirakçıların baxış-müsabiqəsinin final mərhələsində iştirakı təmin olunacaq.

Əlilliyi olan şəxslərin bədii yaradıcılıq baxış-müsabiqəsinin təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçiriləcək. Müvafiq qurumlarla əməkdaşlıq şəraitində təşkil olunacaq baxış-müsabiqəsinin qaliblərinə mükafatların verilməsi də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.