Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əlilliyin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin edilməsinə yönələn köklü dəyişikliklər müsbət nəticələr verib

Əlilliyin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin edilməsinə yönələn köklü dəyişikliklər müsbət nəticələr verib

Bakı, 7 iyun, AZƏRTAC

Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər fəaliyyət istiqamətlərində olduğu kimi, tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin də elektron texnologiyalar üzərində qurulması təmin edilib. Keçən il noyabrın 15-dən əlilliyin təyinatının elektron infrastruktur üzərindən yalnız səhiyyə müəssisəsinin göndərişi əsasında ekspert-vətəndaş təması olmadan şəffaf aparılmasına keçid bir tərəfdən əlilliyi müəyyən olunan şəxslərin tibbi-sosial ekspert komissiyalarına gəlmədən əlilliklərinin qiymətləndirilməsi təmin olunub, digər tərəfdən isə əlillik təyin olunan şəxslərin sayının azalmasına səbəb olub. Belə ki, cari ilin ilk rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə əlillik təyin olunanların sayı 44 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O bildirib ki, ölkəmizdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların etibarlı sosial müdafiə və tibbi-sosial reabilitasiya sistemi ilə əhatə olunması dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla, bu istiqamətdə ardıcıl və məqsədyönlü işlər aparılır: “Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq sosial müavinət və əmək pensiyası ödənilənlərin 36 faizini, Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin edilənlərin 71 faizini əlilliyi olan şəxslər təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə bu sosial ödənişlərin məbləği mütəmadi olaraq artırılır. Ümumilikdə ölkəmizdə pensiyaların orta aylıq məbləği son on ildə 10,3 dəfədən çox, cari ilin ilk rübündə isə 5,3 faiz artıb. Eləcə də son on ildə sosial müavinətlərin orta aylıq məbləği 3 dəfə, Azərbaycan Respublikası Prezidentinin müharibə əlilləri və onlara bərabər tutulanlar üçün təyin edilən aylıq təqaüdünün məbləği ötən dövrdə orta hesabla 2 dəfədən çox artırılıb”.

Şöbə müdiri vurğulayıb ki, ölkəmizdə əlilliyi olan şəxslərin rifahının yaxşılaşdırılmasına yönələn mühüm proqramlar da icra olunur. Belə proqramlardan biri kimi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatıdır. Prezident İlham Əliyevin 2014-cü il iyunun 20-də imzaladığı Sərəncamının icrası olaraq bu təbəqələrdən olan 600 ailəyə artıq təmirli yeni mənzil və ya fərdi ev verilib: “Ümumilikdə, indiyədək nazirliyin xətti ilə 5550 nəfərədək əlil və şəhid ailəsi mənzillə təmin olunub ki, onlardan 4150 nəfərini əlilliyi olan insanlar, qalan hissəsini isə şəhid ailələri təşkil edib. Bununla bərabər, ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5900 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili verilib”.

E.Babayev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, əlilliyi olan şəxslər üçün reabilitasiya sisteminin ən müasir tələblərə uyğun qurulması yönündə də mühüm addımlar atılıb. Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində ən yüksək standartlar səviyyəsində reabilitasiya şəraiti yaradılaraq əlillərin istifadəsinə verilib. Ümumilikdə nazirliyin 15 bərpa-müalicə müəssisəsi tərəfindən 2016-cı ildə 23,3 min nəfər, cari ilin yanvar-aprel aylarında isə 6,3 min nəfərdən çox əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib, 400 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicəsi təşkil olunub. Nazirliyin sosial sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən icra olunan reabilitasiyayönümlü sosial xidmət layihələri hər il 2 mindən çox sağlamlıq imkanları məhdud uşağı əhatə edir.

Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2013-cü ilin dekabrında açılışı olan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiya və məşğulluq imkanlarının artmasında mühüm rol oynayır. Ötən dövrdə 1100 nəfərdən çox sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kurslarına qəbul edilib və kursları başa vuranlara peşə sertifikatları verilib. “Əlilliyi olan şəxslərə qayğının artırılması işlərində Heydər Əliyev Fondu tərəfindən də mühüm işlər aparılır. Fondun dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqların dövlət təminatında yaşadığı 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti, habelə əlilliyi olan şəxslərə informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının yaradılması üçün ölkəmizin 3 bölgəsində Regional İnformasiya Mərkəzləri, Bakıda Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi yaradılıb”-deyən şöbə müdirinin sözlərinə görə, nazirliyin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası ilə bağlı müvafiq Proqramına əsasən ötən il 1015 nəfər əlilliyi olan şəxsin ölkəmizin Lənkəran, Xaçmaz və Şəki rayonlarında istirahəti təşkil edilib. Bu il isə 1100 nəfərdən çox əlilliyi olan şəxsin istirahətə göndərilməsi nəzərdə tutulub ki, onlardan artıq 400 nəfərə yaxını xüsusi nəqliyyat vasitəsilə Lənkəran və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilib.

E.Babayev bəyan edib ki, Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının etibarlı şəkildə təmin edilməsi, sosial təminatlarının artırılması yönündə həyata keçirilən tədbirlər qarşıdakı dövrdə də uğurla davam etdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb