MƏDƏNİYYƏT
Alim Qasımov İngiltərənin SOAS Universitetində ustad dərsləri keçib VİDEO
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycanın Xalq Artisti Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova İngiltərənin SOAS Universitetində ustad dərsləri keçiblər.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat tanınmış xanəndənin şəxsi “facebook” səhifəsində və SOAS Universitetinin rəsmi internet saytında verilib.
Məlumatda bildirilir ki, dünya şöhrətli muğam ustadının ustad dərsləri pulsuz təşkil edilib. Daha çox ingilisdilli auditoriya üçün nəzərdə tutulan ustad dərslərində tanınmış müğənnilərimizin ifasında Azərbaycan musiqiləri səslənib və milli musiqimizin incəliklərindən söhbət açılıb.
Qeyd edək ki, səfər çərçivəsində ustad sənətkar qızı ilə birgə Londonun “Wiqmore” konsert salonunda konsert proqramı ilə də çıxış edəcək. Bir sıra muğam, təsnif və müxtəlif bəstəkar mahnılarının səsləndiriləcəyi konsertdə xanəndələri Rauf İslamov, Rəfael Əsgərov, Cavidan Nəbiyev və Zəki Vəliyev müşayiət edəcək.