MƏDƏNİYYƏT


Alim Qasımov və qızı Fərqanə Qasımova İzmirdə konsert proqramı ilə çıxış ediblər

A+ A

İzmir, 1 dekabr, AZƏRTAC

Xalq Artisti Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova Türkiyənin İzmir şəhərində möhtəşəm konsert proqramı ilə çıxış ediblər.

Ahmed Adnan Sayqun adına Mədəniyyət Mərkəzində təşkil olunan konsert "Birinci İzmir festivalı" mədəniyyət layihəsi çərçivəsində keçirilib. Hakan Şensoyun dirijorluğu və orkestrin müşayiəti ilə məşhur muğam ustalarımızın ifaları hərarətli alqışlarla qarşılanıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İzmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.