MƏDƏNİYYƏT


Alim Qasımov və qızı Fərqanə Qasımova Polşada konsert verəcək

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

Noyabrın 16-da dünya şöhrətli sənətkar, Xalq Artisti Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova Polşada məşhur “Vovo” qrupu ilə birgə konsert verəcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın muğam ifaçıları adıçəkilən ölkədə “Koncert WAGLEWSKI+”da çıxış edəcəklər.

Artıq sənətkarlarımız “Vovo” qrupunun iki mahnısını duet şəklində ifa edib. Hər iki mahnı qrupun son diskində yer alıb. Bu səbəbdən də “Vovo" qrupunun solistləri “Koncert WAGLEWSKI+" çərçivəsində Alim Qasımovla bu mahnıları canlı ifa etmək istəyiblər.

Konsertdə Alim Qasımovu polşalı qrup müşayiət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.