CƏMİYYƏT


Alimin 80 illik yubileyi qeyd olunub

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bu ali təhsil müəssisəsinin fizika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Tahir Pənahovun 80 illik yubileyinə həsr olunmuş V Beynəlxalq elmi-praktik konfrans keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildiriblər ki, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova alimin fəaliyyəti barədə geniş məlumat verib. T.Pənahovu metal və ərintilər sahəsində yeni istiqamət yaratmış qabaqcıl alim kimi qiymətləndirən rektor eyni zamanda, onun gözəl mütəxəssis, tələbə və alimlər yetişdirən əsl ziyalı olduğunu vurğulayıb. G.Məmmədova professorun təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da tanındığını qeyd edib.

Sonra alimin həyat yolunu və elmi fəaliyyətini əks etdirən film nümayiş olunub.

Digər çıxış edənlər yubilyarı təbrik edib, ona xoş arzularını çatdırıblar. T.Pənahovun elmi fəaliyyəti, monoqrafiyaları, dərslik və dərs vəsaitləri barədə tədbir iştirakçılarına məlumat veriblər.

Konfransda müxtəlif ölkələrdən dəvət olunmuş görkəmli alimlər, mütəxəssislər iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.