ELM VƏ TƏHSİL


Alimlər Antarktidada meteorit axtarışına çıxacaqlar

Bakı, 4 fevral, AZƏRTAC 

Böyük Britaniyanın Mançester Universitetinin əməkdaşları 2020-ci ildə meteorit axtarışı məqsədilə Antarktidaya gedəcəklər.

AZƏRTAC runews24.ru saytına istinadla xəbər verir ki, alimlər qalın buz laylarının altında metal mənşəli meteoritlərin olduğunu güman edirlər.

Bunu Antarktidada qeyri-metal mənşəli xeyli meteoritin tapılması faktı da təsdiqləyir.

Qeyd edək ki, 2015-ci ilin dekabrına olan statistikaya görə burada 34 min 927 meteorit tapılıb. Bu, Yerdə aşkarlanmış bütün meteoritlərin ümumi sayının 66,3 faizini təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.