Azərbaycan Dövlət İnformasiya Agentliyi

Alimlər Evində akademik Kamal Abdulla ilə görüş

Alimlər Evində akademik Kamal Abdulla ilə görüş

Bakı, 3 fevral, P.İmanova, AZƏRTAC 

Fevralın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Alimlər Evinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, yazıçı-publisist, akademik Kamal Abdulla ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Alimlər Evində müxtəlif tədbirlərin keçirildiyini söyləyib. Akademik Kamal Abdullanın zəngin elmi və ədəbi yaradıcılığından, səmərəli ictimai fəaliyyətindən danışan İ.Həbibbəyli alimin “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmalarından, Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatlarından söz açıb.

Kamal Abdullanın yaradıcılığına böyük marağın olduğunu qeyd edən İ.Həbibbəyli onun əsərlərinin türk, rus, fransız, ingilis, gürcü, portuqal, yapon və başqa dillərə tərcümə edildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, akademik Kamal Abdullanın “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” mövzusunda doktorluq dissertasiyası Azərbaycan dilçilik elmində sintaksisin təhlilində yeni mərhələ kimi dəyərləndirilib.

Akademik Kamal Abdullanın ictimai və elmi, bədii fəaliyyəti barədə geniş məlumat verən AMEA-nın vitse-prezidenti onu yazıçı, publisist, dilçi alim, ədəbiyyatşünas, tərcüməçi kimi xarakterizə edib. Kamal Abdullanın yaradıcılığında “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaların, məqalələrin mühüm yer tutduğu vurğulanıb.

Tədbirdə çıxış edən akademik Kamal Abdulla elmi və ədəbi fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib, müxtəlif janrda yazdığı bədii əsərlərindən söz açıb. O, yaradıcılığında bir sıra əsərlərin, xüsusilə “Dilçiliyə səyahət” (Dilçi olmayanlar üçün dilçilik) kitabının və “Yarımçıq əlyazma” romanının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edilib ki, “Dilçiliyə səyahət” kitabında dilçi olmayanlar üçün dilçilik elminin sirləri barədə məlumat verilir. Əsərdə yaradılmış bədii obrazlar vasitəsilə və ya onların hərəkətlərini, davranışlarını izləməklə dilçilik elminin bir çox problemlərinə toxunulur. Kitab görkəmli Azərbaycan dilçiləri Məmmədağa Şirəliyevin, Muxtar Hüseynzadənin və Əbdüləzəl Dəmirçizadənin xatirəsinə ithaf olunub.

Akademik qeyd edib ki, “Yarımçıq əlyazma” romanı Azərbaycanda haqqında ən çox rəy və təhlil yazılan əsər sayılıb, bir çox mükafatlar qazanıb. Roman indiyədək dünyanın bir çox dillərinə çevrilərək çap edilib. Braziliyada Azərbaycan ədəbiyyatından nəşr edilən yeganə kitab da “Yarımçıq əlyazma” əsəridir.

Məqsədyönlü fəaliyyət nəticəsində multikulturalizmin bu gün ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırıldığını deyən akademik Kamal Abdulla hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda yaşayan xalqların dillərinin qorunması, mədəniyyətlərinin inkişafı istiqamətində böyük işlər görüldüyünü söyləyib.

Akademik Kamal Abdulla diqqətə çatdırıb ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini “Multikulturalizm İli”nin məntiqi davamı hesab etmək olar. İslam həmrəyliyi Azərbaycandakı multikultural mühitin özlüyündə təbii bir davamıdır. Bu istiqamətdə yeni hədəflər gələcəkdə Azərbaycan mədəniyyətinin də yeni müstəvidə özünü göstərməsinə gətirib çıxaracaq.

AMEA-nın müxbir üzvləri Möhsün Nağısoylu, Muxtar İmanov, sənətşünaslıq doktoru Kübra Əliyeva, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova və digər çıxış edənlər akademik Kamal Abdullanın Azərbaycan dilinin sintaksisinə dair elmi araşdırmalarından, ümumilikdə dilimizin, ədəbiyyatımızın və mədəniyyətimizin təbliği ilə bağlı gördüyü işlərdən, alimin yüksək mənəvi keyfiyyətlərindən söz açıblar.

Tədbir çərçivəsində akademik Kamal Abdullanın əsərlərindən ibarət sərgi təşkil olunub, görkəmli yazıçının həyat və yaradıcılığından bəhs edən film göstərilib. Sərgidə alimin müəllifi olduğu kitablarla yanaşı, haqqında yazılmış monoqrafiyalar və dövri mətbuat yazıları da nümayiş etdirilib.

Sonda akademik K.Abdulla iştirakçıların suallarını cavablandırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdərənin Suqovuşan kəndində müasir yaşayış və sosial infrastruktur yaradılıb

Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub

Xəlilur Rəhman Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumatlandırılıb

Geridə qalan köçkünlük, Kəlbəcərdə yeni emalatxana: Bir dülgərin QAYIDIŞ HEKAYƏSİ

Siyasi şərhçi: Xəzər hövzəsində ekoloji problemlərin həlli regional əməkdaşlıq tələb edir

İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

SEPAH ABŞ ilə hərbi qarşıdurmanın başa çatmasının mümkün olduğunu açıqlayıb

Analitiklər beynəlxalq bazarlarda dizel böhranı barədə xəbərdarlıq edirlər

Fransa Futbol Federasiyası İnfantinonu dəstəkləməkdən imtina edib

“Samsung”un rəhbəri anasından 1,42 milyard dollarlıq səhm alır

Çin enerji şirkətlərinin Azərbaycandakı fəaliyyəti istiqamətində görüləcək işlər dəyərləndirilib

Vivek Şah: Bakı Dialoqunun əsas məqsədi su və iqlim gündəliyi üzrə ortaq prioritetləri müəyyənləşdirməkdir

Siyasi şərhçi: Azərbaycanın əsas hədəfi COP29 irsini konkret layihələrə və investisiyalara çevirməkdir

Xankəndidə keçiriləcək növbəti əmək yarmarkasında 200-ə yaxın vakansiya təqdim ediləcək

“Azərbaycan florasının konspekti” - fundamental elmi nəşr

Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi

Rusiyalı professor: XIV Beynəlxalq Altay topluluqları simpoziumu Türk dünyası üçün çox vacibdir

Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür

Kürşad Zorlu: Türkiyənin təhsil müəssisələrində Türk dünyasının ortaq dəyərləri tədris ediləcək

Şəhid övladları üçün təşkil olunan “Bir dastan, bir nəsil” layihəsi yekunlaşıb

İqlim maliyyəsinin səfərbər edilməsi mövzusunda dəyirmi masa keçirilib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlanır

ABŞ-İran hərbi toqquşmaları, iqtisadi nəticələr – Analitik icmal

Yeni aqrar siyasət iqlim və geosiyasi çağırışlara çevik reaksiyanı nəzərdə tutur - ŞƏRH

Zəhra Zümrüd Səlcuq: Azərbaycan İƏT məkanında diasporla iş sahəsində aparıcı aktorlardan biridir

Dmitri Mariyasin: “İqlim fəaliyyəti üçün su” təşəbbüsü son dərəcə zəruri platformadır

BSU beş ölkədən olan müəllim, tələbə və şagirdləri bir araya gətirib

Dunay çayının Budapeştdən keçən hissəsində suyun səviyyəsi tarixi minimuma enib

Maykl Kerrik: “Sabah” çox hazırlıqlı və özünəməxsus oyun üslubu olan komandadır

“Sinxua”: Azərbaycan dünyanın ən iri fındıq istehsalçıları və ixracatçılarından biridir

Prezidentin nümayəndəsi: Sudan səmərəli istifadəni təkmilləşdirməliyik

Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib

ADPU-nun rektoru: Kimliyini qoru, ana dilində düşün və yarat, rəqəmsal dünyanı idarə et

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində özəl sektorun iqlim fəaliyyətində rolu müzakirə olunub

Asiya ölkələrinin liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələri Bakıya toplaşıb VİDEO

Asiya ölkələrinin liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələri Bakıya toplaşıb VİDEO

Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib

İraq OPEC üzrə istehsal kvotasının artırılmasını tələb edir

Türkiyənin Atatürk Universiteti öz süni intellekt sistemini yaradıb

Ekspert: Süni intellekt kənd təsərrüfatında iqlim risklərini əvvəlcədən görməyə imkan verir

AQTA heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərə və sahibkarlara çağırış edib

Xocavənddə "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib

“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib

Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB

Gömrükçülər külli miqdarda metamfetamin aşkarlayıblar

Yaşıl İqlim Fondu inkişaf etməkdə olan ölkələrə 20 milyard ABŞ dolları məbləğində vəsait ayıracaq

Gömrük Komitəsinin sədri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Vaxtanq Çaraia: Orta Dəhliz və TRIPP Azərbaycan ilə Gürcüstanın mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq

® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib

Azərbaycanın 16 cüdoçusu Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq

“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır

® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

BMU-ya yeni qəbul olunan tələbələrlə tanışlıq görüşlərinə başlanılıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

bp ölkədə enerji səmərəliliyi üzrə mütəxəssis potensialının inkişafına dəstək olur

Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir

“Özbək xalq nağılları” kitabı işıq üzü görüb

Memarlıq və İnşaat Universitetinə yüksək balla qəbul olunan tələbələrlə görüş olub

Britaniyada yüzlərlə aviareys ləğv edilib

Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası

“Bakı İqlim və Sülh üzrə Fəaliyyət Platforması” çərçivəsində 3 ölkə ilə birgə işçi qrupları yaradılıb

Müəllim: Şagirdlər oxumağı dayandırmayıb, sadəcə məlumat əldə etmə üsulları dəyişib

Hikmət Quliyev: Türkoloji Qurultayın 100 illiyi elmi əlaqələri gücləndirir

“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb

Yalçın Rəfiyev: İqlim dəyişikliyi qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib

Dövlət satınalmalarında iştirak edən təchizatçı şirkətlər üçün təlim baş tutub

Almaniyanın müdafiə naziri: Müdafiə xərclərinin təxminən yarısı yeni texnologiyalara yönəldilib

Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir

Maldiv rəsmisi: İqlim dayanıqlılığı sülhə qoyulan investisiyadır

BDU-nun biotexnologiya ixtisasını seçən tələbə: Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm

Nazir müavini: Enerji keçidi dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişəcək əsas proseslərdəndir

Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov

Azərbaycan paraüzgüçüləri Avropa çempionatında növbəti dəfə finala yüksəliblər

CECECO: Enerji keçidi yalnız texnologiyalar, infrastruktur və investisiyalarla bağlı deyil

Gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə qrant müsabiqəsi elan ediləcək

Professor Amin İsmayılovun fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

“Azərbaycan Dəmir Yolları” Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

“Kəpəz”in kapitanı məşq zamanı zədələnib

Muxtar Babayev: Əsas prioritet beynəlxalq öhdəlikləri praktik və ölkələrin özlərinin rəhbərlik etdiyi fəaliyyətə çevirməkdir

Elmir Babayev: “Kəndə gəl” yay düşərgəsi gənc alimlərin inkişafı üçün mühüm platforma oldu

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 10,3 faiz artıb

Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir

Aleksandr Yakovleviç Şarovski

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Təhsil eksperti: Təhsilin müdafiəsi yalnız bir gün deyil, daim diqqətdə saxlanılmalıdır

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

20 Sentyabr: Azərbaycanın suverenliyinin tarixə çevrildiyi gün

Danimarka mediası PISA nəticələri barədə: Bəşəriyyət sadəcə olaraq getdikcə daha da səfehləşir

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur

“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO

Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub

Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib

ABŞ-də çalışan azərbaycanlı alim: Azərbaycanın milli genom məlumat bazasının yaradılması səhiyyə üçün mühüm imkanlar aça bilər – MÜSAHİBƏ

Fransada əməkdaşların əmanətlərinə vergi məsələsi: Hökumət geri çəkildi, hüquq-mühafizə orqanlarına müraciət edildi