DÜNYA


Alimlər: Fəsillər yerini dəyişə bilər

Bakı, 4 avqust, AZƏRTAC 

Təbii mövsüm dəyişikliyi təhlükə altındadır. Qlobal iqlim dəyişikliyi artıq o qədər ciddidir ki, alimlər fəsillərin dəyişməsinin təbii və normal olmadığını proqnozlaşdırırlar.

AZƏRTAC ecoportal.ru saytına istinadla xəbər verir ki, bu barədə kanadalı alimlər Robert Skraybler və Polo Bekvit bildiriblər. Onların məlumatına görə, Şimal yarımkürəsi artıq ekvatordan kənara çıxır. Bu isə gələcəkdə yay və qışın yerini dəyişməsinə gətirib çıxaracaq.

Məhz iki okean cərəyanı arasındakı baryeri qış və yay arasında olan dəqiq fərq tənzimləyir. Bu tarazlığın pozulması təbii fəlakətlərə, o cümlədən ərzaq böhranına səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.