ELM VƏ TƏHSİL


Alimlər “Instagram” vasitəsilə depressiyaya diaqnoz qoyublar

Bakı, 9 avqust, AZƏRTAC

Alimlərin fikrincə, "Instagram" sosial şəbəkəsində yerləşdirilmiş şəkillər depressiyanın ağır formasının əlaməti ola bilər.

AZƏRTAC life.ru saytına istinadla xəbər verir ki, 166 nəfər arasında keçirilmiş sorğu nəticəsində onlardan 71-də depressiya əlamətlərinin olduğu müəyyən edilib. Araşdırma zamanı "Instagram" sosial şəbəkəsindəki 43 min şəklə baxılıb.

İnformasiya və ilkin əlamətlərin təhlili məqsədilə meta məlumatların (şəkil və fonun rəngi, ətraf mühit üzrə məlumatlar, üz ifadəsinin tanınması) toplanılması metodundan istifadə olunub.

Yaradılmış xüsusi proqram vasitəsilə xəstəliyin proqnozu 70 faiz düz çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.