ELM VƏ TEXNOLOGİYA


Alimlər: Kişilər qadınlara nisbətən 12 santimetr daha hündür olurlar

A+ A

Bakı, 29 iyul, G.Məlikova, AZƏRTAC

Alimlərin apardıqları araşdırmalar əsasında ən ucaboy insanların dünyanın hansı ölkələrində yaşadıqları müəyyən edilib.

AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, tədqiqatların nəticələrinə əsasən dünyanın ən ucaboy qadınları Litvada, kişiləri isə Hollandiyada yaşayır. Litvalı qadınların orta boyu 168 santimetrdir. Holland kişilərdə isə bu rəqəm 182.5 santimetr təşkil edir.

Elm adamları onu da bildiriblər ki, 1914-cü ildən bu günədək dünyanın 200 ölkəsində əhalinin boyunda artım müşahidə olunub. Məsələn, iranlılarda boy artımı 16 santimetr, koreyalılarda isə 20 santimetr təşkil edib.

Başqa ölkələrə nisbətən daha ucaboylu və cüssəli kişilərə Danimarka, Belçika və Estoniyada, qadınlara isə Latviya ilə yanaşı, Çexiya və Hollandiyada rast gəlmək olar.

Alimlərin hesablamalarına görə, kişilər qadınlara nisbətən orta hesabla 12 santimetr daha hündür olurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.