ELM VƏ TEXNOLOGİYA


Alimlər Marsda paronormal qüvvə aşkar ediblər

A+ A

Bakı, 18 avqust, Günel Məlikova, AZƏRTAC

Mars planetinin “Curiosity” marsoxodu vasitəsilə əldə olunan son şəkillər elm adamları arasında fikir ayrılığına səbəb olub.

AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, qırmızı planetin səthində mütəxəssislər tərəfindən şübhəli obyekt aşkar edilib. NASA alimləri görüntüdə Marsın səthində arxasınca çox böyük iz qoyan, daşa bənzər əşyanın hərəkət etdiyini müşahidə ediblər. “Curiosity” aparatı tərəfindən bu obyektin bir neçə şəkilini çəkmək mümkün olub. NASA əldə olunmuş şəkilləri cəmiyyətə təqdim etsə də, hələ onları şərh etmir. Planetin səthində daşı hansı qüvvənin hərəkətə gətirdiyi və bu anormallığın səbəbləri sual olaraq qalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.