DÜNYA


Alimlər Myanmada tapılan kəhrəbada dinozavr quyruğu aşkarlayıblar

Tokio, 11 dekabr, AZƏRTAC

Çin və Kanadadan olan alimlər Myanmada tapdıqları qeyri-adi kəhrəba barədə məlumat yayıblar. Yaponiyanın NHK televiziya kanalının yaydığı məlumata görə, onlar kəhrəbanın daxilində balaca dinozavrın quyruğunun lələklərini aşkar ediblər. Alimlər bildiriblər ki, həmin lələklərin yaşı 99 milyon ildən çoxdur.

Bu barədə məqalə ABŞ-ın “Current Biology” jurnalında dərc edilib. Həmin kəhrəba Myanmanın şimalında yerləşən Kaçin ştatındakı bazarlardan birində tapılıb. Alimlər bilidiriblər ki, kəhrəbanın daxilində dinozavra məxsus 36 millimetr uzunluğunda lələkli quyruq var.

Güman olunur ki, bu nadir tapıntı həmin növ dinozavrların görünüşü barədə müfəssəl məlumat əldə etməyə kömək göstərəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.