CƏMİYYƏT


Alimlər: Qlobal istiləşmə Aralıq dənizi regionunu səhraya çevirə bilər

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

Qlobal istiləşmə bu cür sürətlə davam edərsə, Cənubi Avropanın bəzi hissələri, İspaniyanın cənubu və Portuqaliya da daxil olmaqla səhraya çevrilə bilər.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Eks-Marsel Universitetinin alimləri bu qənaətə gəliblər. Onların araşdırmaları “Science” jurnalında dərc olunub.

Alimlər hesab edirlər ki, Aralıq dənizi regionu dünyada gedən qlobal istiləşmədən daha çox zərər çəkəcək. Temperaturun Selsi ilə 1 dərəcə artımı Aralıq dənizi hövzəsinin ekosistemində xüsusi dəyişikliyə səbəb ola bilər. Faktiki olaraq bu artım artıq baş verib. Əgər dünya üzrə orta temperatur 2 dərəcə yüksələrsə, onda İspaniyanın cənubu və Portuqaliya, bəzi bölgələr - Mərakeş, Əlcəzair, Tunis və Türkiyənin cənubu, eləcə də Suriyanın bəzi hissələri əsrin sonuna qədər səhraya çevriləcək.

Aralıq dənizi regionu, həmçinin qlobal istiləşmə nəticəsində yaranan quraqlıqdan əziyyət çəkəcək. Bu, regiondakı bitkilər, o cümlədən palıd və zeytun ağacları üçün təhlükə yaradacaq.

Regionda orta temperatur artıq XIX əsrin sonu ilə müqayisədə 1,3 dərəcə yüksəlib. Alimlər Aralıq dənizi regionunun ekoloji sistemini qoruyub saxlamaq üçün hökumətləri atmosferə atılan zərərli qazların həcmini azaltmağa çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.