CƏMİYYƏT


Alimlər: Şizofreniya insanın beyin təkamülünün nəticəsidir

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Alimlər bildirirlər ki, insanların tənqidi düşünmək, oxumaq və danışmaq qabiliyyəti onlarda şizofreniya xəstəliyinə səbəb olub.

AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, tədqiqatçıların fikrincə, qədim dünyanın insanları şizofreniyadan heç vaxt əziyyət çəkməyiblər. Bu xəstəlik yalnız müasir insanın bəlasına çevrilib. Bu fizioloji anomaliyaları aydınlaşdırmaq üçün müasir və neandertal insanın genetik kodu öyrənilib. Maraqlıdır ki, əcdadlarımızda bu xəstəliyi inkişaf etdirən kod tapılmayıb. Alimlərin qənaətinə görə, şizofreniya ola bilər ki, insanlarda beyin fəallığının təkamülü nəticəsində yaranıb.

Əvvəllər də qeyd olunub ki, Rusiya məktəblilərinin 70 faizində psixi inkişaf qüsurlar var. Bu rəqəmləri 2015-ci ildə rus psixiatrı Zurab Kekeledze Ümumdünya Psixi Pozğunluqlar Günü ərəfəsində səsləndirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.