ELM VƏ TƏHSİL


Alimlər Yerə bənzər dörd planet aşkarlayıblar

Bakı, 11 avqust, AZƏRTAC 

Beynəlxalq alimlər qrupu tərəfindən Yer kürəsindən 12 işıq ili məsafəsində yerləşən Tau Kita ulduz birləşməsi ətrafında Yerə bənzər dörd planetin dövr etdiyi aşkarlanıb.

AZƏRTAC AMEA-nın saytına istinadla xəbər verir ki, planetlərin çəkisi Yerin 1,7-si qədərdir. Buna görə də planetlər Günəşə bənzər ulduzların ətrafında aşkarlanan ən kiçik göy cisimləri hesab edilir. Bu cür zəif siqnalların qeydiyyatını aparmaq məlumatlarda küyü minimuma endirən yeni texnologiyaların istifadəsi ilə mümkün olub.

Lenta. ru saytının məlumatına görə, obyektlərin dördü də qayalıqdan ibarətdir. Tau Kita ulduz birləşməsindən ən uzaq məsafədə yerləşən iki planet potensial olaraq həyat üçün yararlı hesab edilib. Alimlər güman edirlər ki, planetlər daima kometa və asteroid “yağışına” məruz qalırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.