DÜNYA


Alimlər acqalmanı intellekti yüksəltmənin üsullarından biri adlandırıblar

Bakı, 10 dekabr, AZƏRTAC

ABŞ-ın Bak adına Qocalmanı Araşdırma İnstitutu alimlərinin keçirdiyi bir sıra tədqiqatlar göstərib ki, qısamüddətli acqalma baş beynə və sinir sisteminə müsbət təsir göstərir. Çünki gündəlik gərginlikdən dincəlməyə və sakitləşməyə imkan verir.

AZƏRTAC “vistanews.ru” saytına istinadla xəbər verir ki, tədqiqat obyekti meyvə milçəklərinin sürfələri olub. Alimlər onlara müəyyən müddət enerji baxımından əhəmiyyətli olan zülal verməyiblər. Bunun nəticəsində müəyyən ediblər ki, acqalma prosesi bütün sinir sisteminin enerji ehtiyatını saxlayaraq sinir hüceyrələrinin sinoptik fəallığını yatırır. Tədqiqatçıların fikrincə, bu mexanizmdən müxtəlif koqnitiv pozuntularda, əqli qabiliyyətin itirilməsində, yaddaşın zəifləməsi və digər hallarda istifadə edilə bilər.

Alimlər tədqiqatları davam etdirmək niyyətindədirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.