CƏMİYYƏT


Alimlər beyində kokain asılılığını idarə edən molekulu aşkar ediblər

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Kokain asılılığı bir çox insanların əziyyət çəkdiyi xəstəlikdir. Kokain narkomaniyasının əsasını təşkil edən mexanizmlərin başa düşülməsi terapevtik müalicə üçün potensial hədəfləri müəyyən etmək baxımından böyük əhəmiyyətə malikdir. Beyində yerləşən hipokretin adlı molekulun səviyyəsinin artması narkomaniyanın inkişafına səbəb ola bilər. AZƏRTAC “healthvesti.com“ saytına istinadla xəbər verir ki, bu, Skripps İnstitutunun alimləri belə düşünürlər.

Mütəxəssislərin fikrincə, hipokretinin blokadaya alınması narkotik axtarışı ilə bağlı kompulsiv davranışı zəiflədə bilər. Odur ki, hipokretin farmakoloji hədəf kimi nəzərdən keçirilə bilər. Bəlkə də ekspertlər gələcəkdə narkomaniya əleyhinə mübarizədə koqnitiv davranış terapiyası ilə birlikdə istifadə olunacaq yeni preparat yarada biləcəklər.

Yeni tədqiqatda alimlər diqqətlərini narkotiklərin qəbulu dayandırılan zaman beyində yaranan stress həyəcanı ilə bağlı olan mərkəzi badamcıq vəzisindəki dəyişiklik üzərində cəmləşdiriblər.

Mütəxəssislər müəyyən ediblər ki, kokaindən kompulsiv istifadə beyində təhlükəli reaksiya yaradır, hipokretinin səviyyəsini artırır və narkotiklərdən asılılıq yaradır. Hipokretinin səviyyəsinin çoxalması mərkəzi badamcıq vəzisinin fəallığını artırır. Bu hiperaktivlik inkişaf etməkdə olan və narkotik axtarmağa vadar edən həyəcan hissi ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.