DÜNYA


Alimlər duman vasitəsilə elastik displey yaradıblar

Bakı, 12 may, AZƏRTAC

Alimlər artıq çoxdan təsviri duman üzərinə proyeksiya etməyi bacarırlar, amma təsvir bulanıq, əyri alınır. Lakin Sasseks Universitetində yaradılmış “MistForm” ekranında bu problemlər aradan qaldırılıb, çünki sözügedən displey şəklin təsviri zamanı öz formasını dəyişdirə bilir.

AZƏRTAC “banker.az” saytına istinadən bildirir, nazik duman qatı boru vasitəsilə xaric olur, bundan sonra onun üzərinə şəkil proyeksiya edilir. Yeni displeydə şəklin keyfiyyəti ürəkaçan deyil, amma təsvirin ölçüsü kiçildikdə yaxşılaşır.

İstehsalçıların məlumatına görə, indi 4-dək istifadəçi eyni anda belə ekrandan istifadə edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.