DÜNYA


Alimlər dünyada ən sürətli fləş kartlar yaradıb

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

Novosibirsk alimləri tərəfindən hazırlanan gələcəyin məlumat saxlama daşıyıcıları mövcud fləş kartlardan dəfələrlə sürətli olacaq. Belə ki, Rjanov adına Yarımkeçiricilər Fizika İnstitutunun əməkdaşları multiqrafen əsasında innovativ fləş kartlar hazırlayır.

AZƏRTAC “planet-today.ru” saytına istinadən xəbər verir ki, 1 atom qalınlığında olan qrafen texnologiyanın ən müxtəlif sahələrində, həmçinin informasiyanın saxlanmasında tətbiq edilə bilər. Bir ədəd yaddaş çipi çərçivəsində qrafenin bir neçə qatının birləşdirilməsi məlumatların yüksək sıxlıqla yazılmasına nail olmağa imkan verir ki, bu da məlumatlara istifadənin yüksək sürətini təmin etmir.

Novosibirsk alimləri hesab edirlər ki, multiqrafen gələcəyin fləş kartları üçün mükəmməl əsasdır. Ancaq belə informasiya daşıyıcılarının istehsalı hələ ki planlaşdırılmır, çünki indi alimlər fundamental tədqiqat işləri ilə məşğuldur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.