CƏMİYYƏT


Alimlər dünyanın hər yerində sirli piramidalar aşkar edirlər

A+ A

Bakı, 3 avqust, AZƏRTAC

Ehramlara və piramidaları xatırladan qədim tikililərə dünyanın hər yerində rast gəlinir. Mütəxəssislərin fikrincə, onları okeanın dibində və hətta kosmosda tapmaq olar. Eyni zamanda alimlər qədim inşaatçıların bu tikililəri hansı məqsədlə inşa etməsi barədə birmənalı rəyə gələ bilmirlər.

AZƏRTAC “letnews.ru” saytına istinadla xəbər verir ki, akademik rəyə əsasən, piramidalar ya hökmdarların sardabaları, ya da dini ibadət obyektləri olub. Bəzi alimlərin fikrincə, bu cür tikililər qədim qəbuledicilər - məlumat ötürücüləri ola bilərdi. Piramidaların qədim elektrostansiya olması fərziyyəsi də var. Müasir elmin qəbul etmədiyi alimlər arasında Yer kürəsinin müxtəlif guşələrində yerləşən piramidaların kosmik enerjinin toplanması üçün linza olması və planetin maqnit sahəsinin sabitləşdirilməsində bu enerjidən istifadə olunması fərziyyəsi geniş yayılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.