ELM VƏ TEXNOLOGİYA


Alimlər əl və ayaqların yetişdirilməsi üsulunu tapıblar

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Maunt-Dezert adasının Bioloji laboratoriyasının mütəxəssisləri heyvanlarda regenerasiyaya imkan yaradan genlər aşkar ediblər. Alimlərin fikrincə, sözügedən gen insanlarda da itirilmiş ətrafların yetişdirilməsinə kömək edə bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər regenerasiya qabiliyyətinə malik orqanizmlərin genomunu DNT strukturunun təyinində istifadə olunan sekvensiya texnologiyasının köməyi ilə ətraflı şəkildə tədqiq ediblər. Nəticədə məlum olub ki, onların hər birində ümumi genetik mexanizmlər mövcuddur.

Tədqiqat zamanı bəlli olub ki, bu DNT-nin sahələri amputasiyadan sonra yarada toplanan hüceyrələrin populyasiyasını təşkil edən blastema adlı maddənin yaranmasında mühüm rol oynayır. Nəticədə bu bəzi heyvanlarda itirilmiş ətrafların bərpasına imkan yaradır.

Mütəxəssislərin fikrincə, bu proseslərə, həmçinin müntəzəm molekullar şəbəkəsi olan RNK böyük təsir göstərir. Demək olar ki, məhz onlar insanda toxuma regenerasiyasının heyvanlarla müqayisədə aktiv olmamasının səbəbi kimi çıxış edir. Gələcəkdə onlara birbaşa təsir insanlarda itirilmiş ətrafların qaytarılmasına kömək edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.