DÜNYA


Alimlər elektron mürəkkəb əsasında elastik rəngli displey yaradıblar

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

"E Ink" və "Toppan" şirkətlərinin mütəxəssisləri elektron mürəkkəb əsasında elastik rəngli monitor hazırlamağa müvəffəq olublar. Elektroforetik displeyin ölçüsü 32 düym təşkil edir.

AZƏRTAC "planet-today.ru" saytına istinadən xəbər verir ki, elastik rəngli displeyin əsas özəlliyi odur ki, ona müxtəlif tərəflərdən baxdıqda belə təsvirin keyfiyyəti itməyəcək.

Belə monitorun təsvir ölçüsü 1280x720 nöqtə təşkil edir. İstehsalçıların rəsmi məlumatına əsasən, yeni ixtira 4 mindən çox çalar əks etdirmək qabiliyyətinə malikdir.

Qeyd edək ki, elastik displey artıq gələn il bazara çıxarıla bilər. Monitorun dəyəri hələ ki məlum deyil.

Mütəxəssislər əmindirlər ki, gələcəkdə ekranlar məhz elektron mürəkkəb texnologiyası əsasında hazırlanacaq. Həm də belə elastik ekranlar standart ekranlarla müqayisədə daha az enerji sərf edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.