DÜNYA


Alimlər ən ağlağan uşaqların yaşadıqları ölkələrin adını açıqlayıblar

Bakı, 3 aprel, AZƏRTAC 

Britaniyalı alimlər ən ağlağan və ən sakit uşaqların yaşadıqları ölkələri müəyyənləşdiriblər.

AZƏRTAC “rueconomics.ru” saytına istinadla xəbər verir ki, bunun üçün mütəxəssislər bir çox ölkələrdə minlərlə uşaq barədə məlumatları öyrəniblər. Məlum olub ki, ən ağlağan uşaqlar Britaniya, Kanada, İtaliya və Hollandiyada, ən sakit uşaqlar isə Almaniya, Yaponiya və Danimarkada doğulur.

Mütəxəssislər tədqiqatın nəticələrini izah etməkdə hələlik çətinlik çəksələr də, bildirirlər ki, bu, genetik amillərdən və uşaqlara valideynlərin qayğısından asılı ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.