ELM VƏ TƏHSİL
Alimlər əzələ və sümüklərin zədələnmiş toxumalarını yetişdirməyin yolunu tapıblar
Bakı, 19 iyul, AZƏRTAC
Amerikanın Stenford Universitetinin mütəxəssisləri lazımi kimyəvi və bioloji siqnallar, həmçinin gövdə hüceyrələrindən istifadə etməklə zədələnmiş sümük və əzələləri yenidən yetişdirməyin yolunu tapıblar.
AZƏRTAC “Mir24” telekanalının saytına istinadla xəbər verir ki, alimlər yeni toxumaların yetişdirilməsinin cəmi bir neçə gün tələb etdiyini bildiriblər.Tədqiqatçılar iddia edirlər ki, tibdə inqilab yaradacaq bu üsul ürəktutması, ağır sümük travması, həmçinin oynaq xəstəliklərindən əziyyət çəkən insanların müalicəsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, sümük və əzələlərin yetişdirilməsi artıq gəmiricilərin üzərində müvəffəqiyyətlə həyata keçirilib.