CƏMİYYƏT


Alimlər fotoya əsasən insanın intellekt səviyyəsini müəyyən edirlər

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

Kembric Universitetindən bir qrup tədqiqatçı insanın sosial şəbəkələrdəki fotoları əsasında onun intellektinin səviyyəsini müəyyənləşdirməyi öyrənib.

AZƏRTAC “newsmir.info” saytına istinadla xəbər verir ki, alimlər IQ göstəricisi aşağı olan qrup seçərək insanların fotolarını təhlil ediblər. Qrup üçün səciyyəvi əlamətlər aşkar edilib. Onların sırasında telefonun frontal kamerasında fotolar və yöndəmsiz eynəkli fotolar olub.

IQ göstəricisi yüksək olan insanlar sosial şəbəkələr üçün fotoşəkil seçiminə daha planlı və məsuliyyətli yanaşıblar. Onlar fotolarda daha çox tək olublar. Bu kadrlarda kənar obyekt görünməyib.

Qeyd edək ki, araşdırmaya az sayda könüllü cəlb edilib, buna görə də tədqiqatın qeyd-şərtsiz düzgünlüyü barədə fikir yürütmək olmaz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.