ELM VƏ TƏHSİL


Alimlər ilk dəfə Günəş atmosferinin üst təbəqələrində maqnit sahəsini araşdırıblar

Bakı, 9 avqust, AZƏRTAC 

Dünyada ilk dəfə elm adamları Günəşdən ultrabənövşəyi işığın polyarizasiyasını müşahidə edərək Günəş atmosferinin üst təbəqələrində maqnit sahəsini araşdırıblar.

AZƏRTAC nao.ac.jp/en saytına istinadla xəbər verir ki, onlar bunu CLASP səsli raket sınaqlarının verdiyi məlumatları təhlil edərək həyata keçiriblər.

Məlumatlar göstərir ki, Günəş xromosferinin və keçid bölgəsinin strukturları gözləniləndən daha mürəkkəbdir. Hazırda CLASP layihəsində ultrabənövşəyi spektropolyarimetriya metodu işlədilib. Bu metod Günəş atmosferindəki aktivliyi daha yaxşı öyrənmək üçün üst xromosfer və keçid bölgəsində olan maqnit sahələrinin gələcək araşdırmalarında istifadə edilə bilər.

Yaponiyanın CLASP komandasının layihə rəhbəri Ryoko İshikava nəticələrin əhəmiyyətini qeyd edərək ultrabənövşəyi spektropolyarimetriyanın Günəş fizikası tədqiqatları üçün yeni bir pəncərə açdığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.