CƏMİYYƏT


Alimlər insanı daha çox acdıran ərzaq məhsullarının adlarını açıqlayıblar

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC

Alimlər insanı daha çox acdıran ərzaq məhsullarını müəyyən ediblər.

AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, kompleks müşahidələri İtaliyada yerləşən klinik mərkəzin əməkdaşları aparıblar. Dietoloqların fikrincə, ağ çörəyin tərkibində çoxlu faydalı maddələr var, lakin onu cem və ya kərəyağı ilə yemək lazımdır. Yumurtada zülal çoxdur, lakin onu yedikdən sonra insan yağ və kalori ilə zəngin əlavə yeməklər istəyir.

Yağsızlaşdırılmış süd məhsulları orqanizmi zəruri miqdarda vitaminlərlə təmin etmir, ona görə də kişilərdə və qadınlarda aclıq hissi yaranır. Bu cür yoqurtların əvəzinə adi süd içmək daha yaxşıdır. Konservlərdə və duza qoyulmuş məhsullarda aclıq yaradan və iştahanı artıran çoxlu duz var. Kəpəkli undan hazırlanan krekerlər və ağ düyü aclıq hissi yarada bilər, bu səbəbdən onları axşam yemək məsləhət deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.