DÜNYA


Alimlər istənilən səthi sensora çevirməyi öyrəniblər

Bakı, 12 may, AZƏRTAC

Karneqi-Mellon Universitetinin alimləri elektrik keçirən xüsusi rəngin köməyi ilə istənilən səthi sensor panelə çevirməyə imkan verən yeni texnologiya təqdim ediblər.

AZƏRTAC “4pda.ru” saytına istinadən bildirir ki, “Electrick” adlandırılan yeni həllin əsasını elektrik tomoqrafiyasından istifadə təşkil edir. Bu texnologiyanın köməyi ilə istənilən obyekti toxunuşlara həssas etmək və kompüteri elə proqramlaşdırmaq olar ki, bu və ya digər əşyaya toxunuş vaxtı müvafiq funksiyaları yerinə yetirsin.

Dosent Kris Harrisonun sözlərinə görə, bu, ilk hadisədir ki, içərisi rəng dolu balonun köməyi ilə istənilən əşyanı daxiletmə elementinə çevirmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.