ELM VƏ TƏHSİL
Alimlər plastik kütləni əvəz edəcək yeməli qablaşdırma yaradıblar
Bakı, 2 oktyabr, AZƏRTAC
Plastik şüşə qablara yeməli alternativ hazırlanıb.
Yosunlardan hazırlanan “Ooho” adlı “top” yeni və ekoloji təmiz məhsullar üzrə Avropa müsabiqəsinin Britaniya bölməsinin qalibi olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, sferik formalı yeni qablaşdırma materialının yaradıcıları bu məhsulu “Yeyilməsi mümkün olan su” kimi səciyyələndiriblər. Orijinal qablaşdırma tamamilə bioparçalanma xüsusiyyətinə malik maddələrdən hazırlanır - natrium alginat (dəniz yosunlarının törəməsi) və kalsium xlorid. İdeya müəlliflərinin fikrincə, onların ixtirası dünyada plastik kütlədən istifadəni əhəmiyyətli dərəcədə azaltmağa imkan yaradacaq.
Yeməli ekoqablaşdırma − 1946-cı ildə işlənib hazırlanmış sferifikasiya, yəni mayeyə sferik forma vermə texnologiyasının köməyi ilə yaradılır.