CƏMİYYƏT


Alimlər siqaretçəkmənin əmələ gətirdiyi yeni xəstəliklərin siyahısını açıqlayıblar

Bakı, 8 dekabr, AZƏRTAC

Əvvəllər aparılan tədqiqatlar göstərib ki, siqaretçəkmə insan sağlamlığına çox pis təsir edir: zərərli vərdiş tənəffüs yollarının xroniki xəstəliklərinə səbəb olur, immuniteti zəiflədir, ömür müddətini isə xeyli qısaldır. Ağciyər xərçəngi və ürək damar sistemi xəstəlikləri siqaretçəkmənin doğurduğu ən qorxunc fəsadlar sayılır.

Amerika alimləri davamlı araşdırmalardan sonra məyusedici qənaətə gəliblər. Sən demə, ürək-damar xəstəlikləri və xərçəng nikotin asılılığının əmələ gətirdiyi xəstəliklər aysberqinin yalnız gözlə görünən hissəsidir.

AZƏRTAC “Novaya qazeta”ya istinadla xəbər verir ki, amerikalı alimlər yaşı əllidən çox olan bir çox siqaretçəkənin sağlamlıq durumunu müayinə ediblər. Nəticələr onları heyrətləndirib. Tədqiqat göstərib ki, nikotin asılılığının əmələ gətirdiyi xəstəliklərdən əvvəllər rəsmi statistikada göstərildiyindən 20 faiz çox adam dünyasını dəyişir.

Alimlərin fikrincə, döş və prostat vəzisi xərçəngi, hipertoniya kimi xəstəliklər, müxtəlif infeksiyalar da siqaretçəkmədən qaynaqlanan fəsadlardır. Alimlər siqaretçəkmə ilə bu xəstəliklər arasında qarşılıqlı əlaqənin olduğunu sübut etmək və nikotin asılılığının insan sağlamlığına necə ziyan vurduğunu hamıya göstərmək istəyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.