DÜNYA


Alimlər süni işığın piylənmə və diabetə səbəb olduğunu bildirirlər

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Alimlər qapalı məkanlarda süni işıqlandırmanın insanlarda şəkərli diabet və piylənməyə səbəb olduğunu müəyyənləşdiriblər.

AZƏRTAC “7info” saytına istinadla xəbər verir ki, tədqiqatçıların fikrincə, süni parlaq işıq hormonal sistemin fəaliyyətini dəyişikliklərə məruz qoyur, bu isə insanlarda qidanı fərqli qiymətləndirməyə, ətraf mühitin tənqidlərinə mənfi reaksiya verməyə gətirib çıxarır.

Alimlərin sözlərinə görə, belə işıqlandırma qanda melaninin istehsal səviyyəsini aşağı salır. Bu da insanlarda ürək-damar xəstəlikləri, şəkərli diabet və piylənmə riskini artırır.

Mütəxəssislər qapalı məkanlarda tutqun mavi rəngdən istifadə etməyi məsləhət görürlər. Bu rəng əqli fəaliyyət üçün faydalıdır və gözdə gərginlik yaratmır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.