ELM VƏ TƏHSİL


Alimlər şüşə qabların tullantılarından batareya hazırlayıblar

Bakı, 25 aprel, AZƏRTAC

Kaliforniya Universitetinin professorları Çingiz Ozkan və Mihri Ozkan elektrik nəqliyyat vasitələri və şəxsi elektronika üçün yüksək keyfiyyətli litium-ion batareyaları hazırlayıblar.

AZƏRTAC “sciencedaily.com” saytına istinadla xəbər verir ki, alimlər batareyalar üçün nano silikon anod yaratmaq məqsədilə tullantı şüşə qablardan və ucuz kimyəvi proseslərdən istifadə ediblər.

Alimlərin sözlərinə görə, bu batareyalar elektrik və hibrid maşınlarının istifadəsini artıracaq, mobil telefon və dizüstü kompüterlərin (netbuk) az enerji yığmaqla daha çox istifadəsinə imkan yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.