ELM VƏ TƏHSİL


Alimlər üçölçülü süni ürək yaradıblar

Bakı, 10 fevral, AZƏRTAC

İngiltərənin York Universitetinin alimləri üç müxtəlif tip ürək hüceyrəsini birləşdirməklə süni ürək toxuması hazırlayıblar.

AZƏRTAC “Science Daily” saytına istinadla xəbər verir ki, “Viaglue” adlanan bu toxuma sıxılan ürək-əzələ, bağlayıcı toxuma və damar hüceyrələrindən ibarətdir. Bu hüceyrələr yapışqan material vasitəsilə birləşdirilib. “Viaglue”yə elektrik şoku tətbiq olunan zaman hüceyrələr nəbz kimi vurmağa başlayır.

Əvvəllər yaradılmış iki və ya üçölçülü süni ürək toxumalarına elektrik şoku verilən zaman döyüntülər fasilələrlə müşahidə olunub.

York Universitetinin professoru Muhammed Yusuf diqqətə çatdırıb ki, “Viaglue” dərman testləri ilə yanaşı, ürək xəstəliklərinin araşdırılması və ürək köçürülməsi üçün faydalı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.