ELM VƏ TEXNOLOGİYA


Alimlər yeni antibiotik aşkarlayıblar

A+ A

Bakı, 3 avqust, AZƏRTAC 

Bakterial infeksiyaların müalicəsi metodunun axtarışları zamanı alimlər tərəfindən yeni antibiotik aşkarlanıb.

AZƏRTAC nkj.ru saytına istinadla xəbər verir ki, həyata keçirilən analizlər təxminən insanların 30 faizinin burun boşluğunda qızılı stafilokokkun bakteriyalarının yaşadığını göstərib.

Qeyd edək ki, bu bakteriyanın antibiotiklərə qarşı ən dayanıqlı olan metisillin-rezistent qızılı stafilokokk növü bütün dünyada sağlamlıq üçün böyük təhlükə daşıyır. Bununla yanaşı, alimlər burun boşluğunda yaşayan Staphylococcus lugdenensis adlı başqa bakteriyaya da rast gəliblər. Onlar iddia edirlər ki, məhz bu bakteriya öz antibiotikini ifraz edərək bəzi insanlarda stafilokokkun yayılmasının qarşısını alır.

Tyubinqen Universitetinin mikrobioloq alimi Andreas Peşel və onun həmkarları “luqdunin” adlandırdıqları bu yeni antibiotiki qızılı stafilokokka yoluxmuş gəmiricilər üzərində testdən keçirərək uğurlu nəticə əldə ediblər. Onlar antibiotikin bakteriya ilə səmərəli mübarizə apardığını müəyyənləşdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.