ELM VƏ TƏHSİL


Alimlər yeni planetlər aşkarlayıblar

A+ A

Bakı, 15 fevral, AZƏRTAC 

Beynəlxalq astronomlar qrupu Yerin hüdudlarından kənarda 60 yeni planet aşkarlayıb.

AZƏRTAC “gazetadaily.ru” saytına istinadla xəbər verir ki, alimlər bu planetlərdə nəzəri cəhətdən həyatın mümkün olduğunu bildiriblər. ”Super Yer” adlandırılan bu planetlərdən biri bizim qalaktikanın yaxınlığında yerləşir. Mütəxəssislərin fikrincə, Günəşin yaxınlığındakı bütün planetlər yaşayış üçün yararlı ola bilər.

Yeni ekzoplanetlər “Kek-1” teleskopunun köməyi ilə aşkarlanıb. İndi alimlər bu planetləri öyrənməyin üsulları barədə düşünürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.